"Ştutqart" baş məşqçisi Tim Valterlə yollarını ayırıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Valter 2019-cu ilin iyulundan "Ştutqart"ı çalışdırırdı. Komanda hazırda Almaniya II Bundesliqasında 31 xalla 3-cü sıradadı.