"Los Anceles Qelaksi"dən ayrılan Zlatan İbrahimoviç "Milan"a keçməyə yaxındı.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında uzun müddətdi davam edən danışıqlar müsbət yekunlaşıb. İsveçli forvard A seriyası təmsilçisinə transfer olunmağa razılıq verib.
İbrahimoviç 2010-2012-ci illərdə "Milan"da oynayıb.