İngiltərənin "Stok Siti" klubunda çıxış edən Badu Ndiaye Türkiyəyə qayıdır.
Sportal.az "Daily Telegraph"a istinadən xəbər verir ki, "Trabzonspor" seneqallı yarımmüdafiəçini satın alma şərti ilə icarəyə götürüb.
Çempionşip klubu 2018-ci ildə "Qalatasaray"dan 16 milyon avroya transfer etdiyi futbolçunu yüksək maaş aldığı üçün göndərməyə qərar verib. 29 yaşlı yarımmüdafiəçinin illik maaşı 2 milyon avrodur. Seneqalı millisinin üzvü bu mövsüm 13 oyun keçirib.
saytlarin hazirlanmasi