Artetanın köməkçiləri məlum oldu

12:46 - 25 Dekabr 2019

"Arsenal"ın yeni baş məşqçisi Mikel Artetanın köməkçiləri müəyyənləşib. 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc mütəxəssisə Fredrik Yunqberq, Albert Steyvenberq, Stiv Raund və İnyaki Kanya Pavon yardım edəcək.

Yunqberq bir müddət əvvəl istefaya göndərilən Unay Emerinin də köməkçilərindən biri idi. Steyvenberq hazırda Uels yığmasında da köməkçi-məşqçi kimi fəaliyyət göstərir. Raund daha öncə "Midlsbro", "Nyukasl" "Everton" və "Mançester Yunayted"də çalışıb. Pavon isə qapıçılarla iş üzrə məşqçi olacaq.

Xəbər xətti