Manuel Noyer: "Bir gün ayrılmaq istəyə bilərəm"

16:57 - 25 Dekabr 2019

"Bayern"in qapıçısı Manuel Noyer klubdakı gələcəyi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı qolkiper karyerasını Almaniyadan kənarda davam etdirə biləcəyini bildirib:

 

"Karyeramı Almaniyada başa vuracağımı açıqlamamışam. Ancaq "Bayern"dən ayrılacağımı da deməmişəm. Başqa ölkədə bir gün oynamaq istəyərdim. Dediklərim ayrılmaq istədiyim anlamına gəlməsin. Fərqli bir seçimi bir gün istəyə bilərəm. İndi özümü çox rahat hiss edirəm".

 

Almaniya millisinin üzvü 2011-ci ildən Münhen klubunda çıxış edir.

Xəbər xətti