"Liverpul"un sabiq futbolçusu aşağı liqa klubuna keçdi

11:35 - 27 Dekabr 2019

"Liverpul"un sabiq futbolçusu Samed Yeşil karyerasını Türkiyədə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı forvard TFF II Liqa təmsilçisi (səviyyəcə 3-cü liqa) “Ankara Dəmirspor”a keçib. Müqavilənin detalları açıqlanmayıb.

 

Yeşil 2012-ci ildə böyük ümidlərlə "Bayer"dən "Liverpul"a 1 milyon funt-sterlinqə transfer olmuşdu. Almaniyanın aşağı yaş komandalarında oynayan Yeşil gələcəyin ulduzu kimi qələmə verilirdi.

Xəbər xətti