"Sabah"dan ayrılan futbolçunun yeni klubu məlum oldu

11:03 - 27 Dekabr 2019

“Sabah”dan ayrılan Rocer Roxas karyerasını Kolumbiyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu “Deportes Tolimo”ya keçib. Klubun saytı honduraslı futbolçu ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.

 

Roxas “Sabah”a bu ilin avqustunda keçmişdi. 29 yaşlı futbolçu “Sabah”da keçirdiyi 13 oyunda 2 qol vurmuşdu.

Xəbər xətti