"Liverpul" müdafiəçisini qaytardı

15:05 - 27 Dekabr 2019

"Liverpul" "Ştutqart"a icarəyə verdiyi Nataniel Filipsi geri qaytarıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, onun Almaniya klubu ilə mövsümün sonuna qədər olan müqaviləsi ləğv edilib. "Qırmızılar" heyətdəki itkilərə görə 22 yaşlı mərkəz müdafiəçisini geri qaytarmağa məcbur olub.

 

"Liverpul" 2016-cı ildə "Bolton"dan transfer etdiyi Filipsi yayda "Ştutqart"a icarəyə vermişdi.

Xəbər xətti