“Arsenal”ın futbolçusu Qranit Caka karyerasını Almaniyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, isveçrəli yarımmüdafiəçi “Herta” klubu ilə anlaşıb. Cakanın meneceri Xose Naqer Berlin təmsilçisi ilə razılaşdıqlarını bildirib. O, klubların transfer qiymətini həll etdikdən sonra keçidin rəsmiləşəcəyini deyib.
27 yaşlı futbolçu 2016-cı ildən "topçular"da çıxış edir. İsveçrə millisinin üzvü daha öncə Bundesliqada Münhenqladbax "Borussiya"sında oynayıb.
saytlarin hazirlanmasi