Azərbaycanlı futbolçu "Rostov"la "Rubin"in hədəfində

12:24 - 29 Dekabr 2019

Rusiyanın “Spartak” klubunun yarımmüdafiəçisi Ayaz Quliyev klubunu dəyişə bilər.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Rostov”la "Rubin"in transfer hədəfindədir. Moskva klubunda əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu qış fasiləsində klubunu dəyişmək fikrindədir.

 

Ayaz baş məşqçi Domeniko Tedeskonun gələcək planlarında yer almır.

 

Quliyev 2018/19 mövsümündə icarə əsasında “Rostov”da oynayıb.

Xəbər xətti