Futzalda qış transfer pəncərəsinin vaxtı açıqlandı

17:50 - 29 Dekabr 2019

Futzal üzrə Yüksək, Birinci və İkinci liqalarda “transfer pəncərəsi” gələn il yanvarın 7-də açılacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

 

Komandalar fevralın 6-da, saat 18:00-a qədər transfer çalışmalarını davam etdirə və yeni oyunçularını qeydiyyatdan keçirə bilərlər.

Xəbər xətti