Almaniya millisinin üzvü "Benfika"da

23:00 - 31 Dekabr 2019

"Borussiya"nın yarımmüdafiəçisi Yulian Vayql "Benfika"ya transfer olub.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb. Lissabon təmsilçisi Almaniya millisinin üzvünü 20 milyon avroya transfer edib.

 

Vayql 2015-ci ildə "1860 Münhen"dən Dortmund klubuna keçmişdi.

Xəbər xətti