İngiltərənin "Stok Siti" klubunda çıxış edən Badu Ndiaye Türkiyənin "Trabzonspor" klubuna keçib.
Sportal.az xəbər verir ki, "bordo-mavililər" seneqallı yarımmüdafiəçini satın alma şərti ilə icarəyə götürüb. Qara dəniz təmsilçisi 6 aylıq icarə müddəti üçün qarşı tərəfə təzminat ödəməyəcək.
Çempionşip klubu Ndiayeni 2018-ci ildə "Qalatasaray"dan 16 milyon avroya transfer etmişdi. 29 yaşlı yarımmüdafiəçi bu mövsüm 13 oyun keçirib.
saytlarin hazirlanmasi