"Deportivo" türkiyəli futbolçunu transfer etdi

00:30 - 1 Yanvar 2020

İspaniya Sequndasında mübarizə aparan "Deportivo" keçmiş futbolçusu Əmrə Çolakı transfer edib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi La Korunya təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

Səudiyyə Ərəbistanının "Əl-Vəhda" klubundan ayrılan türkiyəli futbolçu 2016-2018-ci illərdə "Deportivo"da oynayıb.

Xəbər xətti