"Zalsburq"dan Dortmund "Borussiya"sına 30 milyon avro qarşılığında transfer olan Erlinq Holandın agenti Mino Rayola açıqlama verib.
Sportal.az xəbər verir ki, italiyalı agent norveçli hücumçunun "Mançester Yunayted"ə transfer olmaqdan imtina etdiyini deyib:
"Mançester Yunayted"dən kiminsə mənimlə bağlı açıqlama verib-vermədiyini bilmirəm. Əgər bu barədə danışan olubsa, deməli, öz səhvlərini gizlətməyə çalışırlar. Mən də gözləmədiyim şəkildə məyus oldum. "Mnaçester Yunayted"lə görüşmüşdüm və transferi müzakirə elədik. Sadəcə, Holand fərqli seçim etmək istədi. Əgər kimisə günahlandırmaq istəyirlərlərsə, mənim barəmdə danışsınlar. Bu, futbolçumun xoşbəxt olmasına təsir etməyəcək. Holand seçimini belə etdi".
19 yaşlı hücumçu bu mövsüm "Zalsburq"da 22 oyuna 28 qol vurub, 7 assist etmişdi.
saytlarin hazirlanmasi