"Qəbələ"dən Yunanıstan klubuna keçir

11:11 - 2 Yanvar 2020

"Qəbələ"nin futbolçusu İbrahima Niasse karyerasını Yunanıstanda davam etdirə bilər.

 

Sportal.az sport24.gr saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Super Liqa təmsilçisi "Lamiya"nın hədəfindədir. Seneqallı futbolçu bu təklifə müsbət yanaşıb. O, transferin reallaşması üçün vizanın həll olunmasını gözləyir.

 

Niasse 2019-cu ilin oktyabrında "Qəbələ"yə keçmişdi. O, 2012-2013 mövsümündə "İnter" (indiki "Keşlə"), 2013/14 mövsümündə isə "Qəbələ"də oynayıb. Təcrübəli futbolçu daha öncə Yunanıstanda "Levadiakos"da çıxış edib.

Xəbər xətti