"Yuventus"dan 35 milyonluq transfer

13:25 - 2 Yanvar 2020

"Yuventus" "Parma"da çıxış edən, müqavilə ilə "Atalanta"ya məxsus olan Deyan Kulusevskinin transfer edib.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Atalanta"ya isveçli yarımmüdafiəçinin keçidi üçün 35 milyon avro təzminat ödəyib. Daha 8 milyon avro isə bonuslar şəklində qarşı tərəfə veriləcək. Gənc oyunçu yayda Turin klubuna qoşulacaq. Onunla 4 illik müqavilə imzalanıb.

 

İsveç millisinin üzvü olan 19 yaşlı sol cinah futbolçusu bu mövsüm 19 oyuna 4 qol vurub, 7 assist edib.

Xəbər xətti