Türkiyəli nazir: “Azərbaycanın dəstəyilə millimiz zəfər qazanacaq”

15:15 - 3 Yanvar 2020

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu ölkəsinin yığmasıyla bağlı proqnozunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, o, komandadan AÇ-2020-nin final mərhələsində həlledici qarşılaşmaya vəsiqə gözlədiyini deyib:

 

“Milli komandamızın AÇ-2020-nin seçmə mərhələsində zəfəriylə iddiamız artdı. Mən millimizin final raundunda Azərbaycan xalqının dəstəyilə qrup səddini keçəcəyinə, hətta “Uembli”də final oynayacağına inanıram. Bizim üzərimizə düşən bu yolda millətimizə hərtərəfli kömək etməkdir. Hamımız milli komandaya sahib çıxmalı, uğurların davamı üçün bütün varlığımızı sərf etməliyik”.

Xəbər xətti