Azərbaycan millisinin baş məşqçi postundan gedən Nikola Yurçeviç sosial şəbəkə hesabında vida sözləri yazıb.
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis hər kəsə təşəkkür edib:
"AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisini çalışdırdım. Mənim üçün böyük mübarizə oldu, hər andan həzz aldım. Hər kəsə - futbolçulara, köməkçilərə, azarkeşlərə, AFFA-ya təşəkkür edirəm. İndi yeni fürsətlər üçün səbirsizlənirəm".
Azərbaycan millisi 52 yaşlı mütəxəssisin rəhbərliyi ilə AÇ-2020-nin seçmə mərhələsində 8 oyuna 1 xal yığıb.
saytlarin hazirlanmasi