"Monako"dan "Qalatasaray"a keçdi

23:52 - 3 Yanvar 2020

"Qalatasaray" ikinci keçidini həll edib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Monako"nun vingeri Henri Onyekurunu icarəyə götürüb. Nigeriya millisinin üzvü mövsümün sonuna qədər "sarı-qırmızılar"da çıxış edəcək.

 

"Qalatasaray" "Leyptsiq"in 21 yaşlı uruqvaylı sol cinah müdafiəçisi Marselo Saraççini də 6 aylıq icarəyə götürüb.

 

Onyekuru ötən mövsüm icarə əsasında "Qalatasaray"da oynayıb. "Monako" yayda nigeriyalını "Everton"dan 13,5 milyon avroya transfer edib.

Xəbər xətti