Rusiyalı futbolçu Türkiyə klubuna keçdi

10:21 - 7 Yanvar 2020

Türkiyənin "Antalyaspor" klubu Rusiya təmsilçisi "Soçi"dən Fyodor Kudriaşovu transfer edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, rusiyalı müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. 

 

32 yaşlı futbolçu ötən mövsüm Türkiyənin "Başakşəhər" klubunda oynayıb. Təcrübəli futbolçu Rusiya millisində 35 oyun keçirib.

Xəbər xətti