"Fənərbaxça" "Ayntraxt"ın futbolçusunu icarəyə götürdü

01:38 - 8 Yanvar 2020

"Fənərbaxça" Almaniyanın "Ayntraxt" klubunun müdafiəçisi Simon Faletlə anlaşıb.

 

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, qvineyalı futbolçu İstanbul klubunda icarə əsasında çıxış edəcək. "Sarı-lacıvərdlilər" 27 yaşlı stopperi mövsüm sonuna qədər icarəyə götürüb.

 

Qvineya millisində 8 oyun keçirmiş futbolçu 2017-ci ildə "Mets"dən Frankfurt klubuna keçib.

Xəbər xətti