AFFA milli komandanı əcnəbi mütəxəssisə tapşırmaq fikrindədir.
Sportal.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin üzvü, "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov federasiyanın növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında bu barədə məlumat verib:
"Bunun üçün İcraiyyə Komitəsinin iclası olacaq. Ölkə xaricində bir neçə mütəxəssislə danışıq gedir. Bunun zamanın öhdəliyinə buraxaq. Bu qərarı tək mən verə bilmərəm. AFFA rəhbərliyi, İcraiyyə Komitəsi var. Şəxsi fikrim odur ki, bizə təcrübəli məşqçi lazımdır. Milli komandanın 50 faizi dəyişilməli, gənc, potensialı olan oyunçular gəlməlidir. Özü də var. Akademiyalar işləyir. Futbolu sevən, öz üzərində daim çalışan, kənardan dedi-qodulara fikir verməyən gənclər lazımdır. Hamımız milli komandamız üçün çalışırıq. Çünki ölkəmizi təmsil edir. Şəxsən mənim üçün milli ən birincidir, ondan sonra "Keşlə" gəlir".
saytlarin hazirlanmasi