"Fənərbaxça" yeni transferini açıqladı - rəsmi

01:01 - 9 Yanvar 2020

"Fənərbaxça" Almaniyanın "Ayntraxt" klubunun müdafiəçisi Simon Faleti heyətinə cəlb edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, qvineyalı futbolçu İstanbul klubunda icarə əsasında çıxış edəcək. "Sarı-lacıvərdlilər" 27 yaşlı stopperi mövsüm sonuna qədər icarəyə götürüb.

 

Qvineya millisində 8 oyun keçirmiş futbolçu 2017-ci ildə "Mets"dən Frankfurt klubuna keçib.

Xəbər xətti