Erməni bərbəri məşhurlaşdıran azərbaycanlı futbolçu

14:01 - 9 Yanvar 2020

Almaniyanın blick.de saytı Aue şəhərində məşhurlaşan erməni bərbər Ovik Manukyanla bağlı yazı dərc edib.

 

Sportal.az xəbər verir ki, hər zaman öz biznesini qurmaq arzusunda olduğunu bildirən erməni ilk müştərilərindən olan Dmitri Nazarovun adını çəkib: "İşə başlayandan iki gün sonra məşhur müştərim var idi. O, "Aue"nin futbolçusu Dmitri Nazarov idi". 

 

Manukyan 2012-ci ildə Almaniyaya köçdüyünü və Ermənistanın müharibə şəraitində yaşadığını deyib.

 

Almaniyada doğulan Qazaxıstan əsilli 29 yaşlı futbolçu 2014-cü ildən Azərbaycan millisndə oynayır. Onun əvvəllər yığmada mükafata görə tez-tez qalmaqal yaratdığı barədə xəbərlər yayılırdı.

Xəbər xətti