"Milan"dan ayrıldı, "Verona"ya keçdi

16:27 - 15 Yanvar 2020

"Milan"dan ayrılan Fabio Borininin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçu İtaliya A Seriyasının digər təmsilçisi "Verona"ya transfer olub. O, yeni klubu ilə 6 aylıq müqavilə imzalayıb.

 

İtaliyalı hücumçu "Çelsi", "Suonsi Siti", "Roma", "Liverpul", "Sanderlend" kimi klublarda çıxış edib. Borini 2017-ci ildə "Milan"a keçmişdi.

Xəbər xətti