"Qəbələ" günü 1 məşqlə başa vurdu

23:56 - 15 Yanvar 2020

“Qəbələ” Antalyadakı hazırlıqlarını  davam etdirir.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”  təlim-məşq  toplanışının 4-cu gününü başa vurub. Əyalət təmsilçisinin zədədən sonra bərpa prosesini başa vuran oyunçusu  Rasim Ramaldanov da komanda ilə məşqlərə başlayıb.

 

Dünən Macarıstanın MTK komandası ilə yoxlama oyununa çıxan "Qəbələ" 0:3 hesabı ilə məğlub olmuşdu.

Xəbər xətti