Azərbaycanın U-21 millisinin sabiq üzvü Orxan Əliyevin klubsuz günləri başa çata bilər.
Sportal.az xəbər verir ki, 23 yaşlı vinger Antalyada təlim-məşq toplanışında olan "Səbail"də baxışdadır. Onunla yanaşı, cənubi azərbaycanlı müdafiəçi Peyman Keşavarz da "dənizçilər"in düşərgəsindədir.
Orxan Əliyev "Kəpəz", "Xəzər Lənkəran", "Sumqayıt" və "Zirə" klublarında forma geyinib.
"Traktor", "Maşın Sazi" kimi klublarda çıxış etmiş Peyman isə ötən mövsüm "Sumqayıt"da baxışda olmuşdu. Onunla müqavilə imzalansa da, sonradan eyni mövsümdə 3-cü klubla saziş bağladığı müəyyənləşdiyi üçün göndərilmişdi.
saytlarin hazirlanmasi