Monroz "Neftçi"yə qoşuldu

17:53 - 17 Yanvar 2020

Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirən “Neftçi” bir günlük istirahətdən sonra məşqləri bərpa edib. "Ağ-qaralar" bu gün iki dəfə məşqə çıxıb.

 

Sportal.az xəbər verir ki, səhər hazırlığı əsasən fiziki gücün artırılmasına həsr olunan çalışmalardan, axşam məşqi isə taktiki gedişlərdən ibarət olub. Sənəd problemi həll olunmuş futbolçu Stiven Jozef-Monroz da artıq düşərgəyə qoşularaq məşqlərə qatılıb.

 

Yoxlama oyunları çərçivəsində yanvarın 15-i Polşanın “LKS Lodz” klubu ilə qarşılaşmış “Neftçi” ayın 20-si Ukraynanın “Dinamo” (Kiyev), 24-ü isə “Desna” klubları ilə üz-üzə gələcək.

Xəbər xətti