Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, yanvarın 14-də keçirilən ilk sınaq matçında Macarıstanın MTK klubu ilə üz-üzə gələn “qırmızı-qaralar” (0:3) bu dəfə Rusiya təmsilçisi “Çayka” ilə qarşılaşıb. Oyun “Titanik” meydançalarında keçirilib. Qarşılaşmada "Qəbələ" 3:0 hesabı ilə qələbə qazanıb.
“Qəbələ” Antalyada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 22-də Bolqarıstanın “Etar”, 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.
19:00. "Qəbələ" – "Çayka" (Rusiya) - 3:0
Qollar: İvitsa Juniç, 6, Rövlan Muradov, 35, Ülvi İsgəndərov, 51
Antalya, “Titanik” meydançaları
saytlarin hazirlanmasi