"Sabah"dan ayrılan əcnəbi futbolçu "Səbail"ə keçdi

22:01 - 21 Yanvar 2020

“Sabah”dan ayrılan Hendrik Ekşteynin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, cənubi afrikalı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi “Səbail”ə keçib. Paytaxt təmsilçisi müqavilənin şərtlərini açıqlamayıb.

 

28 yaşlı cinah futbolçusu ötən ilin avqustundan dekabrına qədər “Sabah”da çıxış edib. O, bu mövsüm keçirdiyi 16 oyunda 3 qol vurub, 4 assist edib.

Xəbər xətti