“Qəbələ” mövsümün ikinci yarısına hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 10-cu gününü başa vurub. Elmar Baxşıyevin yetirmələri günü bir məşqlə yekunlaşdırıblar.
Hazırlıq prosesi günün ilk yarısında gerçəkləşib. Komandanın növbəti yoxlama oyunu öncəsi məşq toplu və topsuz çalışmalardan ibarət olub.
“Qəbələ” yanvarın 22-də növbəti yoxlama oyununu keçirəcək. Yanvarın 12-dən Antalyada hazırlıq keçən “qırmızı-qaralar” 3-cü sınağına çıxacaq. Elmar Baxşıyevin yetirmələri Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gələcək. Oyun “Karvansaray” otelinin meydançasında baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Veliko Tarnovonu təmsil edən “Etar” 1924-cü ildə yaradılıb, 2013-cü ildə yenidən formalaşdırılıb. 1990/91 mövsümündə Bolqarıstan çempionu olan klub hazırda ötən mövsümü yüksək liqada 7-ci pillədə başa vurub. Cari çempionatda 20 oyunda 19 xal toplayan “Etar” qış fasiləsinə 10-cu yerdə yollanıb.
Yanvarın 14-də keçirilən ilk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan “qırmızı-qaralar” dörd gün sonra Rusiya təmsilçisi “Çayka”nı üç cavabsız qolla məğlub edib. Komanda ayın 25-də keçiriləcək son görüşdə Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq.
Yoxlama oyunu
22 yanvar
“Karvansaray” otelinin meydançası.
saytlarin hazirlanmasi