"Traktor"un sabiq futbolçusu "Səbail"də

15:15 - 22 Yanvar 2020

"Səbail" heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi iranlı müdafiəçi Peyman Keşavarzi ilə müqavilə bağlayıb. Məlumatı klubun saytı yayıb.

 

Peymanın son klubu "Qostareş Fulad" olub. O, daha əvvəl "Maşınsazi", "Traktor" və "İstiqlal"ın (Ahvaz) da formasını geyinib.

 

25 yaşlı futbolçu keçən il "Sumqayıt"da olsa da, debüt etmədən "Gənclik şəhəri" təmsilçisini tərk edib.

Xəbər xətti