Əmrə üçün 18 milyonluq təklif

14:46 - 24 Yanvar 2020

"Yuventus"da əsas heyətə düşməkdən çətinlik çəkən Əmrə Can Dortmund "Borussiya"sının transfer hədəfindədir.

 

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi bu keçid üçün "qoca sinyora"ya 18 milyon avro təklif edib. Əmrə "Borussiya"ya keçməyə müsbət yanaşsa da, Turin klubu təklif edilən məbləğə qane olmayıb.

 

Tərəflər transferin həlli üçün danışıqlara davam edir. "Yuventus" 26 yaşlı yarımmüdafiəçini ən azı 25 milyon avroya satmağı düşünür.

 

Almaniya millisinin üzvü bu mövsüm 8 oyun keçirib.

Xəbər xətti