Antalyada hazırlıq prosesi keçən 19 yaşlılardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Makedoniyanın U-19 yığması ilə üz-üzə gəlib və 1:0 hesabı ilə qələbə qazanıb. U-19-un heyətində Camal Cəfərov qol vurub.
Milli bundan əvvəl "Alanyaspor"un 19 yaşlılardan ibarət kollektivinə 4:2 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi