Aftandil Hacıyev: "Bu oyunların finala bərabər olacağını futbolçular dərk edir"

00:53 - 27 Yanvar 2020

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, o, əvvəlcə Polşanın “Korona” klubu ilə yoxlama oyunundan (1:0) danışıb:

 

“Təlim–məşq toplanışının son oyununu keçirdik. Bundan əvvəlki 3 oyunda buraxdığımız səhvlərin azalması bizi sevindirir. 3 oyunda qapımızda asanlıqla epizodlar görürdüksə, bu oyunda isə tam əksinə idi. Müdafiədə də çox az səhv etdik və sevindirici haldı ki, bu oyunda da, qol epizodu yarada bildik. Təlim-məşq toplanışında ilk qələbəmizi qazandıq. Çoxdandı bu qələbəyə ehtiyacımız var idi. Yoldaşlıq görüşü olsa da, futbolçuların psixoloji durumunun yaxşılaşması üçün qələbə həmişə xoş olur.

 

Ümumi toplanışı dəyərləndirməli olsaq, futbolçulardan razı qaldıq, hər biri çalışdı ki, özünün meydanda yaxşı cəhətlərini göstərsin. Fasilədən sonra çempionatdakı durumumuzu yaxşılaşdırmaq üçün daha da səylə çalışmalıyıq. Bu oyunların finala bərabər olacağını futbolçuların hər biri dərk edir. Çempionat zamanı hər bir oyun bizim üçün çətin olsa da, çalışacağıq ki, oyunlarda maksimum xal toplayaq və mövsümün sonunda qərarlaşdığımız yerdən daha da, yaxşı yerdə çempionatı başa vuraq. Sevindirici hallardan biri də odu ki, bütün futbolçular heç biri ciddi zədə olmadan təlim-məşq toplanışını başa vurdular. Fasilədən sonra ilk oyunumuz “Qarabağ”la olacaq və bu oyuna ciddi hazırlaşacağıq”.

Xəbər xətti