"Səbail"in yeni transferi Hendrik Ekşteyn Azərbaycanda xoşagəlməz hadisə ilə üzləşib.
Sportal.az citizen.co.za saytına istinadən xəbər verir ki, dələduzlar cənubi afrikalı yarımmüdafiəçinin telefon nömrələrinin dublikatını çıxararaq, dostlarına, ailəsinə çoxlu miqdarda borc almaq məqsədi ilə mesajlar göndəriblər. Xuliqanların bu istəyi baş tutmayıb. 29 yaşlı futbolçunun dostlarından biri fırıldıqaqçıların planını pozub.
Ekşteynin dostlarından biri pul istəyi ilə bağlı mesaj gələn zaman "Facebook"da futbolçuya məsələ ilə bağlı yazıb. Bundan sonra Ekşteyn hər şeydən agah olub.
saytlarin hazirlanmasi