Nazarov üçün 90 dəqiqə və məğlubiyyət

13:47 - 29 Yanvar 2020

Almaniya II Bundesliqasında XIX turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” səfərdə “Vehen”lə qarşılaşıb və bu matçdan məğlubiyyətlə ayrılıb – 0:1.

Nazarov da görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu sonadək mübarizə aparıb. Mövsümdə 7 qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.

19 turdan sonra 29 xala malik “Ersgebirge” 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti