Niderland millisinin üzvü "Tottenhem"də - rəsmi

15:40 - 29 Yanvar 2020

Niderlandın PSV klubunun futbolçusu Stiven Berqveyn karyerasını İngiltərədə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı hücumçu "Tottenhem"ə transfer olub. Oyunçu ilə 2025-ci ilin iyun ayına qədər müqavilə imzalanıb. London klubu bu keçid üçün qarşı tərəfə 30 milyon avro təzminat ödəyib. Berqveynin illik maaşı bonusları çıxmaqla 3,5 milyon avro olacaq.

 

Gənc ulduz 2011-ci ildə "Ayaks"ın akademiyasından PSV-yə keçib. Niderland millisinin üzvü bu mövsüm 29 oyuna 6 qol vurub, 13 assist edib.

Xəbər xətti