"Flamenqo"dan "Arsenal"a keçdi

18:47 - 29 Yanvar 2020

"Arsenal" Braziliyanın "Flamenqo" klubunun müdafiəçisi Pablo Marini icarəyə götürüb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. London klubu bu keçid üçün 4,5 milyon avro təzminat ödəyib. "Topçular" 9 milyon avro ödəyib, ispan stopperin transfer hüququna yiyələnə bilər.

 

"Flamenqo" "Malyorka"nın yetirməsini 2019-cu ildə "Mançester Siti"dən 1,3 milyon avroya transfer etmişdi.

Xəbər xətti