İngiltərənin "Vest Hem" klubu Çex Respublikası millisinin üzvü Tomaş Souçeki "Slaviya"dan icarəyə götürüb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi 24 yaşlı dayaq yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Paytaxt klubu bu keçid üçün 4 milyon avro təzminat ödəyib. "Çəkicdöyənlər" 15 milyon avro ödəyib, Souçekin transfer hüququna yiyələnə bilər.
Tomaş "Slaviya"nın yetirməsidir. O, 2015-ci ildə "Viktoriya Jijkov", 2017-ci ildə "Slovan" (Liberets) klublarına icarəyə verilmişdi.
saytlarin hazirlanmasi