"Sevilya" "Milan"ın futbolçusunu icarəyə götürdü

10:52 - 30 Yanvar 2020

"Sevilya" "Milan"ın futbolçusu Susonu icarə əsasında heyətinə qatıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, ispan futbolçu ilə 18 aylıq müqavilə imzalanıb. Əndəlüsiyalılar 22 milyon avro ödəyib, 26 yaşlı futbolçunun transfer hüququna sahib ola bilər.

 

"Milan" Susonu 2015-ci ildə "Liverpul"dan 1,3 milyon avroya transfer etmişdi.

Xəbər xətti