"Qarabağ"ın keçmiş futbolçusu İtaliya klubuna icarəyə verildi

18:18 - 30 Yanvar 2020

“Qarabağ”ın sabiq hücumçusu Samuel Armenterosun yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, isveçli hücumçu karyerasını İtaliyanın "Krotone" klubunda davam etdirəcək. B Seriya klubu 29 yaşlı forvardı mövsümün sonuna qədər icarəyə götürüb.

 

B Seriyasında çıxış edən “Benevento” Armenterosu daha öncə MLS təmsilçisi “Portlend Timbers” klubuna icarəyə vermişdi.

 

Armenteros 2015/16 mövsümündə “Qarabağ”da oynayıb. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 11 qol vurub. Samuel 2017-ci ildə İsveç yığmasında dəvət almışdı.

Xəbər xətti