"Mançester Yunayted"in müdafiəçisi Argentina klubunda

18:49 - 30 Yanvar 2020

İngiltərənin "Mançester Yunayted" klubu Markos Roxonu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, argentinalı müdafiəçi ölkəsinin "Estudiantes" klubuna keçib. 29 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Roxo 2014-cü ildə "Sportinq"dən "qırmızı şeytanlar"a 20 milyon avro qarşılığında keçib. Argentina millisinin üzvü "Estudiantes"in yetirməsidir.

Xəbər xətti