PSV "Milan"ın futbolçusu ilə müqavilə imzaladı

00:00 - 31 Yanvar 2020

"Milan" müdafiəçisi Rikardo Rodriqesi PSV klubuna icarəyə verib.

 

Sportal.az xəbər verir ki, İsveçrə millisinin üzvü mövsümün sonuna qədər Niderland klubunda çıxış edəcək. Bu keçid üçün Milan təmsilçisinə 1 milyon avro təzminat ödənilib.

 

PSV daha 5 milyon avro ödəyib, isveçrəli futbolçunu bitdəfəlik transfer etmək məcburiyyətindədir. Çünki müqavilənin şərtlərində bu bənd yer alıb.

 

27 yaşlı futbolçu bu mövsüm İtaliya A Seriyasında 4 oyun keçirib. "Milan" Rodriqesi 2017-ci ildə "Volfsburq"dan 17 milyon avroya transfer etmişdi.

Xəbər xətti