"Tottenhem" Rouzu icarəyə verdi

00:18 - 31 Yanvar 2020

"Tottenhem" müdafiəçisi Denni Rouzu "Nyukasl"a icarəyə verib.

 

Sportal.az xəbər verir ki, İngiltərə millisinin üzvü ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. 29 yaşlı sol cinah müdafiəçisi keçidi ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

"Eşitdim ki, "Nyukasl" sol cinah müdafiəçisi axtarır. Həmin an agentimə zəng elədim və dedim ki, bu transferi həll edə bilərsən? Bir müddət keçdi və mən burdayam".

 

29 yaşlı futbolçu 2007-ci ildə "Lids"dən "Tottenhem"ə keçib.

Xəbər xətti