"Herta" "Milan"ın futbolçusunu transfer etdi

00:35 - 31 Yanvar 2020

"Milan"ın hücumçusu Kriştof Pyontek karyerasını Almaniyanın "Herta" klubunda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi polşalı hücumçunun keçidi üçün 27 milyon avro təzminat ödəyib. Polşa millisinin üzvü ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb. Hücumçu yeni klubunda 7 nömrəli formada çıxış edəcək.

 

"Milan" 24 yaşlı futbolçunu 2019-cu ildə "Cenoa"dan 38 milyon avroya transfer etmişdi.

Xəbər xətti