İngiltərənin "Şeffild Yunayted" klubu yeni transferini açıqlayıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Belçikanın "Genk" klubundan Norveç millisinin üzvü Sander Berqeni transfer edib. 21 yaşlı yarımmüdafiəçisi ilə 4,5 illik müqavilə imzalanıb.
"Şeffild Yunayted" bu keçid üçün 20 milyon avrosundan keçib. Bu, klub tarixində ən bahalı keçid olub.
Berqe 2017-ci ildə Norveçin "Volerenqa" klubundan "Genk"ə keçmişdi.
saytlarin hazirlanmasi