"Trabzonspor" braziliyalı futbolçu ilə müqavilə imzaladı

13:32 - 31 Yanvar 2020

"Trabzonspor" "Yeni Malatyaspor"un yarımmüdafiəçisi Qilyerme Kosta Markesi transfer edib.

 

Sportal.az xəbər verir ki, "bordo-mavilər" braziliyalı futbolçunun keçidi üçün "Yeni Malatyaspor"a 40 min avro ödəyib və onu mövsümün sonuna qədər icarəyə götürüb.

 

"Trabzonspor" braziliyalı futbolçunun müqavilə ilə məxsus olduğu "Benevento" ilə də razılığa gəlib.

 

28 yaşlı yarımmüdafiəçi mövsümün ilk yarısında 17 oyuna 5 qol vurub.

Xəbər xətti