Emil Balayev "Tobol"dan ayrılıb.
Sportal.az xəbər verir ki, bu barədə Qazaxıstan klubunun saytı məlumat yayıb. 25 yaşlı qolkiperin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Balayevin komandaya erməni mütəxəssis Qriqori Babayanın baş məşqçi təyin edilməsindən sonra Kostanay klubundan ayrılacağı gözlənilirdi.
Emil ötən mövsüm Qazaxıstan Premyer Liqasında keçirdiyi 31 oyunun 18-də qapısını toxunulmaz saxlamaqla çempionatın ən yaxşı qapıçısı seçilmişdi.
saytlarin hazirlanmasi